Ermənistanın Azərbaycanla sərhəd ərazilərində qurulmuş bütün REM, radar və HHM sistemlərinin yerini tipini və xarakteristikasını bizim operatorlar İsrail istehsalı olan bu sistem vasitəsilə təsbit etdi
Bu gün, 07:14
2020-ci il 44 günlük müharibənin birinci həftəsi çox ağır keçdi. 30 il ərzində Qarabağda Ermənistan güclü HHM sistemi qurmuşdu. Relyef mürəkkəbliyi bizim əleyhimizə idi. Ətraf rayonların Qarabağ bölgəsinə çıxdıqda relyef amfiteatr formasındadır. Ona görə zirehli texnika və hətta istənilən uçan aparat asan hədəf idi. Hətta cəbhənin dərinliklərinə keçmək istəyən Bayrakdarlar Ermənistan HHM sistemləri tərəfindən vurulurdu. Bu problemi həll etmək üçün müdafiə nazirliyi təcilli surətdə dost ölkə İsrailə müraciət etdi. İsraildən gətirilən radar sistemi Azərbaycanın adını çəkmədiyim bölgəsində quruldu. Bir həftə gərgin təlimlərdən sonra İsrailli mütəxəssislər bizim hərbçilərə istifadə qaydalarını öyrətdi. İşğal edilmiş ərazilərdə hətta Ermənistanın Azərbaycanla sərhəd ərazilərində qurulmuş bütün REM, radar və HHM sistemlərinin yerini tipini və xarakteristikasını bizim operatorlar İsrail istehsalı olan bu sistem vasitəsilə təsbit etdi. Qarabağda qurulmuş müxtəlif tipli S300, Pantsir, TOR , S200, BUK və s. HHM sistemləri İsrail istehsalı olan "Harop" kamikadze dronları vasitəsilə məhv edildi. Hava üstünlüyü əldə etdikdən sonra qısa zamanda Bayrakdarlar düşmənin texnikalarını və canlı qüvvəsini məhv etməyə başladı, quru əməliyyatı sürətlə start götürdü. Hərbi sirr sayıla bildiyindən bu radar sistemlərinin manitorunun skrinlərini və yerləşdirilmə məkanını gizli saxlayıram. Manitorda təsbit edilən HHM sistemlerinin dəqiq coğrafi koordinatları və xarakteristikası göstərilib. Джавид Дамирли TEREF