Məktəbli avtobuslarında fantastik qiymət: Günü 12 manat (FOTO)

Bu gün, 00:06           
Məktəbli avtobuslarında fantastik qiymət: Günü 12 manat (FOTO)
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları" ("2School") layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Milli.Az xəbər verir ki, aylıq abunə haqqının baha olması vətəndaşlar tərəfindən tənqid olunub.

Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir.

Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, bir uşaq üçün qiymətlər aşağıdakı kimi olur:

Xırdalan şəhərindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət isə 168 manat təşkil edir.

Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq.

Layihə rəhbərliyindən verilən məlumata görə, qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Eyni zamanda, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru