Putin Trampın Rusiyanı "kağız pələng" adlandırmasına münasibət bildirib

Bu gün, 07:18           
Putin Trampın Rusiyanı "kağız pələng" adlandırmasına münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiyanı "Kağız pələng" adlandırmasına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Valday Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin Rusiyanın Ukrayna ordusu ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşdüyünü söyləyib.

"Kağız pələng? Onda gedin bacarın da onunla (Rusiya ilə-red). Bütün bu illər ərzində Rusiya Ukrayna Silahlı Qüvvələri ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşür. Bu, əlbəttə ki, Rusiya Federasiyası üçün böyük çağırışdır, lakin onun ordusu, müdafiə sənayesi və hərbi təfəkkürü bu çağırışa tez uyğunlaşıb", Rusiya Prezidenti vurğulayıb.

Putin Rusiya ordusunu təlim, texniki imkanlar və döyüş taktikası baxımından ən döyüşə hazır ordu adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru