NATO sərhədlərimizə yaxınlaşmasaydı, Ukraynada münaqişənin qarşısını almaq olardı - PUTİN
Bu gün, 00:11
NATO Rusiya sərhədlərinə yaxınlaşmasaydı, Ukraynada münaqişənin qarşısını almaq olardı.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O xatırladıb ki, Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə imtina cavabı alıb.
"Tramp (ABŞ Prezidenti - red.) hakimiyyətdə olsaydı, Ukraynada müharibədən qaçmaq olardı", - Rusiya lideri Trampın öz tezisini təkrarlayaraq vurğulayıb.
O, Rusiya-Ukrayna müharibəsinə görə Avropanın məsuliyyət daşıdığını deyib: "Təəssüf ki, Ukraynada döyüşləri dayandırmaq hələ mümkün olmayıb, lakin buna görə məsuliyyət ilk növbədə Avropanın üzərinə düşür".
Putin Rusiyanın Avropanın artan hərbiləşdirilməsini diqqətlə izləydiyini sözlərinə əlavə edib və buna dərhal cavab verməklə bağlı qarşı tərəfi hədələyib: "Rusiyanın Avropanın hərbiləşdirilməsinə reaksiyası özünü çox gözlətməyəcək".