“Qarabağ” 2 qələbədən neçə milyon qazanıb? - MƏBLƏĞ

Bu gün, 07:54           
“Qarabağ” 2 qələbədən neçə milyon qazanıb? - MƏBLƏĞ
Bakıda keçirilən Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda Azərbaycanın “Qarabağ” klubu Danimarkanın “Kopenhagen”ini 2:0 hesabı ilə məğlub edərək klub kassasına növbəti bonusları gətirib.

TEREF Azerisport.com-a istinadən məlumatına görə, bu qələbə ağdamlılara əlavə 2 100 000 avro (təxminən 4,2 milyon manat) qazandırıb. Bu, “atlıların” “Benfika” ilə oyunda (3:2) əldə etdiyi məbləğlə eyni rəqəmdir. Beləliklə, iki turdan sonra “atlılar” ümumilikdə 4 200 000 avro (təxminən 8,4 milyon manat) qazanıblar.

Uğurlu çıxışın davamı daha çox bonus vəsaiti gətirəcək. Bundan əlavə, UEFA klubun ümumi turnir cədvəlindəki son mövqeyinə görə və turnirin marketinq komponenti üzrə də ödənişlər edəcək.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla artıq 18 620 000 avro (təxminən 37 milyon manat) təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru