Yol nişanları təhlükə saçır: Prospektlərdə görünməyən risklər
Bu gün, 00:10
"Küçələrdə və prospektlərdə baş verən, gözdən yayınan yol nişanları ilə bağlı halları təəssüf hissi ilə qeyd etmək lazımdır. Bu problemlərin aradan qaldırılması, qəza risklərinin minimuma endirilməsi üçün mütləqdir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, yol nişanları və digər yol göstəriciləri bəzən platformalar üçün, hətta bir şəxs üçün ciddi problemlər yarada bilər;
"Məsələn, nişanların düzgün yerləşdirilməməsi, işığın düşməməsi, ağac budaqları arasında qalması və ya digər maneələr yol hərəkətində ciddi təhlükələr yaradır və yaratmağa davam edəcək. Bu halları aradan qaldırmaq üçün müvafiq tədbirlər görülməlidir".