“Metropark” yaxınlığında partlayış: maşın yandı - YENİLƏNİB/ FOTO

30-12-2016, 00:42           

Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə "Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.

Partlayışdan sonra güclü yanğın baş verib. Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış "Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Yanğın artıq söndürülüb.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

21:45
***

Bakıda "Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış "Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru