“Gürcüstan Bankı”nın filialı növbəti dəfə qarət olunub –Saxlanılan var

4-01-2017, 01:24           
“Gürcüstan Bankı”nın filialı növbəti dəfə qarət olunub –Saxlanılan var
Gürcüstan paytaxtındakı Baxtrioni küçəsində yerləşən “Gürcüstan Bankı”nın filialı növbəti dəfə qarət olunub.

Bu barədə “Rustavi 2” televiziyası məlumat verib.

Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı kişi “isti izlər”lə saxlanılıb.

Gürcüstan DİN-dən verilən məlumata görə, qarət ilə bağlı “Soyğunçuluq” və “Qanunsuz silah əldə etmə, saxlama və daşıma” maddələri üzrə cinayət işi başlanıb.

Qarətlə bağlı DİN və “Gürcüstan Bankı” heç bir şərh verməyib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru