Bakıda həbsxanada yanğın - dustaqlar təxliyə edildi

5-01-2017, 00:05           

Bakıda həbsxanada yanğın baş verib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru