Bakıda çay evində əməliyyat - Saxlanılanlar var

19-01-2017, 00:08           

Bakıda yerləşən çay evində hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat keçirilib.

Yanvarın 16-da Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Jasmin" çay evinə polis əməkdaşları daxil olub.

Çay evində olan 10-a yaxın şəxs aparılıb. Əməliyyat zamanı saxlanılanlardan biri Yusif adlı Qaraçuxur sakinidir.

Əməliyyatın hansı qurum tərəfindən keçirilməsi dəqiq bilinmir.

İddia olunur ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.

Təfərrüatları öyrənməyə çalışırıq.

///Criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru