DEPUTATDAN HƏRBİÇİLƏRƏ SUAL:"ELNUR SƏRHƏDDİ NECƏ KEÇİB VƏ SİZ HARA BAXIRDINIZ?"

8-02-2017, 10:54           

"Elnur Hüseynzadə məsələsində Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamaya istinad edirəm . Və ona inanıram. Ermənistanın verdiyi təxribat xarakterli informasiyalara inanmıram. Hesab edirəm ki, hər birimiz də bizim rəsmi qurumun verdiyi məlumata əsaslanmaylıyıq".

Bu sözləri Sherg.az-a Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı E. Hüseynzadə ilə bağlı danışarkən millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, biz düşmənlə müharibə vəziyyətindəyik və düşmən bizim ərazimizdədir:

"Düşmən ölkə ilə bizim dövlət sərhəddimiz də mövcuddur. Vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Vətəndaşlarımız getdikləri yeri yaxşı bilmədiləri ki, düşmənin əlinə keçməsinlər. Düzdü, burada düşünüdürücü məqamlar da var. Axı Elnur sərhəddi, təmas xəttini necə keçib? O mülki vətəndaşdırsa, bizim hərbiçilərimiz hara baxıb? Yəni hər hansı bir mülki vətəndaş sərhəddi asanlıqla keçib Ermənistan tərəfə keçə bilirsə, bu, xoşagəlmız haldır. O vətəndaş cəbhə xəttini necə keçib? Bu, maraqlı sualdır. Bu işdə hərbiçilərin də cavab verməli olduğu məqamlar var. Elnur ora necə keçib? Siz hara baxırdınız ki, vətəndaşımız cəbhə xəttinni asanlıqla keçib, gedib düşmənin əlinə düşüb?"

E. Hüseynzadə üzərində separatçıların qurduğu "məhkəməyə" gəlincə, deputat vurğulayıb ki, bu, ermənilərin növbəti təxribatıdır:

"Bununla beynəlxaəq aləmə nəysə nümayiş etdirmək istəyirlər. Necə ki, Şahbazla Diləqmin ətrafında oyun qurdular, indi də həmin oyunu E. Hüseynadənin üzərində qurublar. Bu da, ermənilərin növbəti oyunudur. Amma inanıram ki, sonda həmin vətəndaşımız Azərbaycana qaytarılacaq. O heç kimi öldürməyib, heç bir cinayət əməli törətməyib. Sadəcə, cəbhə xəttini keçərək düşmənin əlinə keçib".

Qeyd edık ki, fevralın 1-də müəmmalı şəkildə Talış kəndi istiqamətində ermənilərin əlinə keçmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən mühakimə olunub. Məlumata görə, "məhkəmə” onun barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ermənilər absurd şəkildə "azərbaycanlı diversant” kimi təqdim etdikləri E.Hüseynzadə ilə bağlı növbəti şouya başlayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.