Robot insanları məğlub etdi

8-02-2017, 23:42           
Robot insanları məğlub etdi
Çində keçirilmiş "Yizhan Daodi” bilik yarışmasında "Wangzai” adlanan süni intellektli robot insanları məğlub edib.

BakiPost.az AzərTAC-a istinadən xəbər verir ki, "Wangzai” yarışda geniş məlumat toplamaq qabiliyyəti və insanların sifətlərini təqlidetmə bacarığı ilə tamaşaçıların diqqətini çəkə bilib. Verilən sualları qavrayaraq dərhal cavablandıran robot Harvard Universitetinin məzunu da daxil olmaqla bütün rəqiblərini geridə qoyub.

"Wangzai”ni inkişaf etdirən "Sogou” texnologiya firmasının təmsilçiləri vurğulayıblar ki, müstəqil analizetmə, sürətli qavrama və reaksiyavermə xüsusiyyətlərinə malik olan robotun sualları cavablandırması millisaniyələrlə ölçülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru