Öncə qadınları hipnoz edir, sonra...

9-02-2017, 09:18           
Öncə qadınları hipnoz edir, sonra...
Türkiyənin Adana şəhərində qəribə bir oğru tapılıb. Alış-veriş mərkəzlərində gənc qadınların və qızların çantalarını, pul qablarını oğurlayan 37 yaşlı A.T adlı vətəndaş polis tərəfindən yaxalanıb.

Oğru polisə ilk ifadəsində bildirib ki, onun bu əməlini oğurluq adlandırmaq haqsızlıqdır. Çünki o, insanları inandıraraq pullarını alıb. Zərərçəkən qismində ifadə verən qadınlar isə bildiriblər ki, A.T onların çantasını oğurlayıb qaçmayıb. Heç zorla pul qablarını da götürməyib: ”O, bizimlə tanış olandan sonra şirin-şirin söhbət edirdi. Telefon nömrəsini verirdi, bizim nömrəmizi alırdı və zəngləşib görüşəcəyimizi deyirdi. Amma o, gedəndən sonra mən və rəfiqəm hiss etdik ki, çantamızdakı bütün pullarımız oğurlanıb”.

Bunu G.P adlı zərərçəkən qadın deyib. Oğru isə bildirib ki, qadınlardan zorla heç nə almayıb, onlar könüllü şəkildə ona pullarını və zinyət əşyalarını veriblər: “Mən istedadlı bir hipnozçuyam. Bu isə suç deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.