İranda partlayış - 4 ölü, 9 yaralı

10-02-2017, 00:39           
İranda partlayış - 4 ölü, 9 yaralı
İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

Hadisə Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib. KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru