Azərbaycandan gedən Şahin Mİrzəyevə Ermənistanda sığınacaq verilib?

12-02-2017, 00:29           
Azərbaycandan gedən Şahin Mİrzəyevə Ermənistanda sığınacaq verilib?
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycandan qaçdığı iddia edilən Şahin Mirzəyevə bu ölkədə siyasi sığınacaq verildiyi yer alıb.

PRESSDAY.az xəbər verir ki, iddialara görə Talış mədəniyyət şurasının üzvü, talış azadlıq hərəkatının iştirakçısı, “Tolişi Sado” qəzetinin müxbiri Şahin Mirzəyev Ermənistandan müvəqqəti sığınacaq istəyib.

Digər iddiaya görə, onun Azərbaycanda getməsinə guya milli və dini azlıqlara təzyiqlər olub. Bu səbəbdən də Şahin Mirzəyev Ermənistana gedib.

Ermənistanın Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, onun xahişinə müsbət cavab verilib.

P.S. Azərbaycanın müvafiq qurumlarının bununla bağlı açıqlama verəcəyini gözləyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru