Bakıda dəhşətli qətl: qadının başına torba keçirib boğdular - TƏFƏRRÜAT - VİDEO

28-02-2017, 21:29           

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Faktor.az ARB TV-əyə istinadən xəbər verir ki, 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru