Cahangir Əsgərovun adamları şəhid Tural Həşimlinin yaxınlarına hörmətsizlik olunmadığını iddia etdi

1-03-2017, 00:32           

“Bu gün bəzi saytlar guya “AzərbaycanHava Yolları”QSC (AZAL) tərəfindən nəşi Naxçıvana göndərilən şəhidimiz Tural Həşimlinin yaxınlarına qarşı hörmətsizlik olunmasına dair xəbərlər dərc edib. AZAL bu cür təhrif olunmuş və həqiqətə əsaslanmayan xəbərlərin yayılmasından təəssüflənir”.
teref.az-nun xəbərinə görə, bu barədə “APA-Economics”ə açıqlamasında AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.
“Həmin saytlar yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”- deyə, P.Kəsəmənski bildirib.
AZAL rəsmisi qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.