Meksika türməsində qiyam zamanı 45 nəfər yaralanıb
28-03-2017, 08:21
Bazar ertəsi Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhər həbsxanasında baş verən qiyam zamanı azı 45 nəfər yaralanıb. "Report" xəbər verir ki, "Excelsior" portalının məlumatına görə, zərərçəkənlər arasında həm dustaqlar, həm də mühafizəçilər var. Nəşr əlavə edir ki, 4 gözətçi girov götürülüb. Həbsxana üzərini tüstü bürüyüb, ştatın təhlükəsizlik qüvvələri türmə binasına doğru hərəkət edir.