Dağıstanlı polislər Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalandılar

28-03-2017, 09:18           

Dağıstan Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidməti İdarəsinin birgə həyata keçirdiyi operativ xüsusi əməliyyat nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Məhərrəmkənd rayonundakı polis post-patrul xidmətinin xüsusi rotasının “Xoca Qazmalar” postunda xidmət edən əməkdaşları Kadimali Manafov və Raidin Alinisedov həbs ediliblər. Onlar hələlik adı açıqlanmayan Azərbaycan vətəndaşından rüşvət alarkən yaxalanıblar. “Şimal xəbərləri” qəzetinin Dərbənddəki mötəbər mənbədən əldə etdiyi məlumata görə, son vaxtlar adıçəkilən postda fəaliyyət göstərən polis əməkdaşlarından çoxsaylı şikayətlər olub. İnformasiyada o da bildirilir ki, baş vermiş insidentlə əlaqədar yüksək vəzifəli polis əməkdaşları da dindirilirlər.
“Şimal xəbərləri”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru