Trampın kürəkəni sorğulanacaq

28-03-2017, 09:22           
Trampın kürəkəni sorğulanacaq
ABŞ prezidenti Donald Trampın kürəkəni və köməkçisi Jared Kushner Trampın qrupu ilə Moskva arasındakı əlaqələrlə bağlı yaranan iddialara görə Senatda ifadə verəcək. Ağ Ev Kushnerin Senat Kəşfiyyat Komitəsinə könüllü olaraq ifadə verməyə hazır olduğunu söyləyib.
Komitə Rusiyanın keçənilki seçkilərə müdaxilə etməsi istiqamətindəki iddiaları araşdırır. İdialarda Rusiyanın Trampın Hillari Klintona qələbə çalması üçün kompüter piratlığı etdiyi irəli sürülür. Rusiyanın rədd etdiyi iddiaları Tramp da “yalan xəbər” adlandırmışdı.
“New York Times” qəzetinin yazdığına görə, Komitənin Kushneri yuxarı səviyyəli rus səlahiyyətliləri ilə keçirdiyi iki toplantıya görə sorğulamaq istədiyi bildirilir. Qəzet yazır ki, Nyu- Yorkdakı “Tramp Tower”də reallaşdırılan bu görüşlərdən biri Rusiya səfiri Sergey Kislyak, digəri isə dövlətə aid bir inkişaf bankının müdiriylə təşkil edilib.
azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.