5-i uşaq olmaqla 8 nəfər yaralanıb – Bərdədə ağır yol qəzası

28-03-2017, 09:26           
5-i uşaq olmaqla 8 nəfər yaralanıb – Bərdədə ağır yol qəzası
evlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, iki “VAZ-2107″ markalı avtomobilin toqqquşması nəticəsində Bərdə sakini olan 8 nəfər xəsarət alıb. Qəza zamanı hər iki maşın idarəetməni itirərək yoldan çıxıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı sürücü və sərnişinlər daxil olmaqla xəsarət alan şəxslər bunlardır:

Bayramov Bayram Rövşən oğlu, 10 yaş (Güloğlular kəndi)

Əlizadə Kənan Müşfiq oğlu, 5 yaş (Güloğlular kəndi)

Əlizadə Sənan Muşfiq oğlu, 4 yaş (Güloğlular kəndi)

Allahverdiyev Fariz Taliş oğlu, 18 yaş (Cəyirli kəndi)

Məmmədov Ramin Sabir oğlu, 28 yaş (Cəyirli kəndi)

Məmmədova Türkan Piriş qızı, 27 yaş (Cəyirli kəndi)

Məmmədov Məhəmmədəli Ramin oğlu, 9 aylıq (Cəyirli kəndi)

Məmmədzadə Leyla Ramin qızı, 7 yaş (Cəyirli kəndi)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru