Nazir adı MTN işində hallanan rəisə yüksək vəzifə verdi

28-03-2017, 14:29           

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikləri baş tutub.

teref.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər Telefon Qovşağının rəisi təyin edilib.

Bundan başqa nazirin digər əmri ilə Qaradağ rayon Telefon qovşağının rəisi Əli Həsənov vəzifəsindən azad edilərək Sabunçu Telefon Qovşağının rəisi təyin edilib. Qaradağ rayon Telefon qovşağının rəisi vəzifəsinin icrası isə idarənin şöbə müdiri Vəli Məmmədova həvalə edilib.

Qeyd edək ki, Sumqayıt şəhər Telefon Qovşağının rəisi təyin edilən Nəriman Salmanovun adı məlum MTN işində hallanırdı.O bununla bağlı bir neçə dəfə məhkəmədə şahid qismində ifadə verib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.