Lənkəranda İran İslam Respublikasına məxsus yük avtomobilləri yanıb: xəsarət alan var

29-03-2017, 09:16           

Lənkəranda üç yük maşını yanıb, bir nəfər xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib.
İran İslam Respublikasına məxsus, hər birinin tutumu 20 ton olan bir neçə "TIR" yük maşını çay fabrikinin həyətində alışıb. Hadisə nəticəsində avtomobillərdən ikisinin sürücü kabinəsi və yük konteynerləri, üçüncü avtomobilin isə yalnız konteyner hissəsi yanıb.
Hadisə nəticəsində İran İslam Respublikasının Astara şəhər sakini, 1981-ci il təvəllüdlü Bağıri Behzad Cəlil oğlu baş və bədənin müxtəlif nahiyələrindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yanıq şokunda olan İran vətəndaşı sonradan reanimasiya şöbəsinə keçirilib.
Xəsarət almış sürücünün avtomobilin kabinəsində yatdığı bildirilir. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru