Keçmiş məmurun fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO
29-03-2017, 22:38
Bir müddətdir axtarışa verilən TQDK-nın (DİM) sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin fotosu Nizami Rayon Polis idarəsinin qarşısında vurulub.
teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədən qaçdığı deyilən Nağızadənin şəkli də RPİ-nin qarşısına vurulan "Axtarışda olanlar"ın arasındadır.
Qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, sabiq sözçü Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərova 150 min dollar "atmaq"da ittiham olunur.