Argentina parlamenti ölkədə marixuananın leqallaşdırılmasına dair qanun layihəsini dəstəkləyib

30-03-2017, 07:17           

Argentina parlamenti marixuananın tibbi məqsədlər üçün leqallaşdırılması haqqında qanun layihəsini müzakirəyə çıxarıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi yekdilliklə qəbul edilib.

Bundan sonra sənəd ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Qanun layihəsinə əsasən, xroniki ağrılar, epilepsiya, fibromialgiya və bir sıra digər xəstəliklərin müalicəsi üçün kannabis yağının idxalına və istifadəsinə icazə verilir. Marixuana xəstələrə pulsuz olaraq paylanacaq.

Bununla belə, narkotik maddənin yetişdirilməsi qeyri-qanuni olaraq qalıb. Argentinada tərkibində narkotik maddə olan bitkilərin becərilməsinə görə 4 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru