15 mühafizəçisi olan icra başçısı kimdir? - Təfsilat

31-03-2017, 07:26           
15 mühafizəçisi olan icra başçısı kimdir? - Təfsilat
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu 15-ə yaxın mühafizəçi və onu 5-6 bahalı avtomobildən ibarət kortej müşayiət edir. Bu barədə istiqlal.az-a Sumqayıtdakı mənbələrdən məlumat daxil olub

Mənbənin məlumatına görə, Z.Fərəcov mühafizəçilərinin əhatəsində tikintiləri yoxlayır: Merin qeyri-rəsmi göstərişinə görə, şəhərdəki bütün tikintilər onunla razılaşdırılmalıdır. Hər tikinti işinə görə də qeyri-rəsmi ödənişlər müəyyən edilib. Hətta bu yaxınlarda aprel şəhidlərindən birinin ailəsi icra hakimiyyəti ilə razılaşdırmadan binalarının önünə vurulan xatirə lövhəsi də sökülüb. Yalnız Prezident Administrasiyası və Müdafiə Nazirliyinin müdaxiləsindən sonra lövhə bərpa edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru