Xırdalanda atışma zamanı öldürülən kişinin şəxsiyyəti müəyyənləşib

31-03-2017, 07:54           
Xırdalanda atışma zamanı öldürülən kişinin şəxsiyyəti müəyyənləşib
Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib.
"Report" xəbər verir ki, bu, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludur. O, başından aldığı güllə yarasından ölüb.
***00:38
Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.
İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində "Makarov" tipli tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru