Bakıda vəhabilərin son əsas yuvası da ləğv edilir... - Belə deyirlər...

31-03-2017, 12:18           
Bakıda vəhabilərin son əsas yuvası da ləğv edilir... - Belə deyirlər...
Bu gün “İlahiyyat” məscidində son cümə namazıdır. Yeniçağ.az-a daxil olan məlumata görə, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.

Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.

Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bu günki cümə namazından sonra daha da artacağı gözlənilir.

1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.

Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.


DİA.AZ bildirir ki, bu məscid son zamanlarda vəhabilərin əsas yığışdığı və az qala əzələ nümayişinə cəhddə bulunduğu bir ünvana çevrilmişdi. Hətta “İlahiyyat” məscidi ətrafında yaşayan sakinlər də bundan dolayı narahatçılıqlarını müvafiq dövlət qurumlarına bildirmişdilər. İndi isə görünəni odur ki, nəhayətdə Yasamal rayon icra hakimiyyəti sakinləri dinləməyə qərar verib və gərəkən addımı atıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.