Qandonduran hadisə - Yıxılan qadına kömək etmədi, videoya çəkdi - Ürəyi zəif olanlar baxmasın...

1-04-2017, 13:50           
Qandonduran hadisə - Yıxılan qadına kömək etmədi, videoya çəkdi - Ürəyi zəif olanlar baxmasın...
Küveytdə çəkilmiş qandonduran video bütün dünyanın diqqət mərkəzinə gəlib.

BakiPost.az xəbər verir ki, videoda binanın 7-ci qatından yıxılmaq üzrə olan bir efiopiyalı qadın əks olunub. Xadimə qadın ev sahibinə yalvararaq "məni tutun” deyə qışqırır. Ev sahibi isə ona kömək etmək əvəzinə "dəli, gəl içəri” deyə cavab verir. O, xadiməyə kömək etməməkdən əlavə, onun çarəsiz halını videoya da çəkir.

Efiopiyalı qadın isə bir neçə saniyə pəncərənin qırağından tutaraq özünü xilas etməyə çalışır. Lakin saniyələr sonra əlini buraxır və 7-ci mərtəbədən aşağı düşür.

O, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən xadimə qadın sağ qalıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru