Azərbaycan şirkəti Rusiyada hotel tikir

3-04-2017, 12:41           
Azərbaycan şirkəti Rusiyada hotel tikir
Rusiya və dünyanın ən uzun çaylarından olan Yenisey çayının sahilində Azərbaycan şirkəti - "Benkons" MMC-yə məxsus "Ene-Say" 4-ulduzlu hotel kompleksinin inşa işlərinin böyük hissəsi yekunlaşıb. "Report"un "Monavista" saytına istinadən verdiyi xəbərə görə, bunu "Benkons Group Azerbaijan"ın törəməsi - "Benkons" MMC-nin baş direktoru Şərif Hacıyev bildirib. O, hotelin bu yay mövsümündə istismara veriləcəyini deyib.
"Hotelin tikintisinə 2014-cü ildə başlanılıb. İlkin olaraq hotelin bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin inşaatçılarımız layihəni daha tez yekunlaşdıra bildiklərinə görə, mehmanxana kompleksinin açılışını da irəli tarixə çəkdik", - deyə Ş.Hacıyev əlavə edib.
Qeyd edək ki, "Ene-Say" hotel kompleksinin ümumi sahəsi 16 min kv.metrdir. Kompleksdə 108 otaq, 2 prezident nömrəsi, 31 "apartament" kateqoriyalı otaq, 75 studiya otaq olacaq. İkinci mərtəbə isə ofislər üçün ayrılıb. Həmçinin, burada hotel xidmətinə uyğun infrastruktur - 100 ziyarətçilik restoran, lobbi-bar, SPA-salon, hovuz və s. nəzərdə tutulub.
"Hazırda "Benkons" gələcəkdə hotelin idarəçiliyinin kimə keçəcəyi ilə bağlı danışıqlar aparır. Müxtəlif variantlar - "Hilton", "Marriott" nəzərdən keçirilir. Lakin çox güman ki, hotelin idarəçiliyi Rusiyanın "Azimut Hotels" şirkətinə həvalə olunacaq. Bütün bu məsələlər həllini tapdıqdan sonra, hotelin qiymət siyasəti də müəyyənləşəcək", - deyə Ş.Hacıyev əlavə edib.
Hoteldə ən azı 70 nəfərin işlə təmin edilməsi gözlənilir və burada yerli kadrlara üstünıük veriləcək.
Məlumata görə, "Benkons" MMC hotelin inşasına 2 mlrd. rubldan (təxminən 35,7 mln. ABŞ dolları) artıq investisiya yatırıb. Qoyulan məbləğin 5-6 ilə geri götürülməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru