Bakı şagird dərsdə və müəllimin gözü qarşısında bıçaqlandı- TƏFƏRRÜAT
3-04-2017, 22:43
Suraxanı rayonu C.Rəhimov adına 146 nömrəli məktəbdə bıçaqlanma hadisəsi baş verib. X sinfin Rəşad adlı şagirdi hərbi hazırlıq dərsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə bu gün saat təxminən 12:30 radələrində baş verib.
Məlumatı cebhe info-ya təsdiqləyən 146 saylı məktəbin direktor köməkçisi deyib ki, hadisə məktəbin həyətində qəflətən baş berib. Belə ki, hərbi hazırlıq dərsi keçirilən zaman əqli cəhətdən zəif olan bir şəxs qəflətən Rəşadın bud nahiyyəsinə bıçaqla zərbə endirib.
Şagird aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib: “Bıçaqlanan X sinif şagirdi Rəşaddır. Soyadını bilmirəm. Hadisə müəllimin gözü qarşısında baş verib. Yoldan keçən əqli cəhətdən zəif 30 yaşında şəxs bıçaqla uşağın bud hissəsini yaralayıb. Həmin şəxs o dəqiqə yaxalanıb və Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən aparılıb. Şagirdin vəziyyəti bildiyimiz qədər normaldır”.