Bakıda “Təzə Bazar”da yanğın söndürülüb - YENİLƏNİB

4-04-2017, 08:02           

Bakıda "Təzə bazar"da baş verən yanğın söndürülüb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

Hadisə bazarın geyim əşyaları və meyvə-tərəvəz satılan hissəsindən başlayıb. Alov tez bir zamanda geniş ərazini əhatə edib. Hadisə yerinə Bakının müxtəlif rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub.

Alovla təxminən 40-45 dəqiqəlik mübarizədən sonra yanğın söndürülüb və bütün bazarı əhatə etməsinin qarşısı alınıb. İlkin məlumata görə, sahibkarlara yanğın nəticəsində xeyli ziyan dəyib.

01:21

Fövqəladə Hallar Nazirliyi (FHN) “Təzə Bazar”-da baş vermiş yanğınla bağlı məlumat yayıb

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru