ERMƏNİSTAN ORDUSU İTKİ VERDİ: 8 NƏFƏR

5-04-2017, 22:41           

Bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb.


teref.az "Report”a istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.


Məlumatda son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilmədiyi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyi qeyd olunub.


Xəbərdə bildirilib ki, daha bir ölüm faktının səbəbi araşdırılır.


Məlumata görə, ötən ilin uyğun dövründə isə 3 ölüm qətl, 5-i bədbəxt hadisə, 5-i isə intihar və ya ölüm həddinə çatdırma nəticəsində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru