İran Səudiyyəyə bağlı mollanı həbs etdi - Qarşıdurma pik həddə çıxa bilər

6-04-2017, 10:20           
İran Səudiyyəyə bağlı mollanı həbs etdi - Qarşıdurma pik həddə çıxa bilər
Bəlucistanda tanınan və hörmət edilən sünni alim Mövləvi Fazlurahman Kohi aprelin üçü İran xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Həbsdən öncə dəfələrlə təhdid edilən məşhur alim inqilab məhkəməsi tərəfindən sorğulandıqdan sonra Məşhəddə həbs edilərək həbsxanaya göndərilib. Sünni İslamçı çalışmaları və sünniliyə dəvətçiliyi ilə tanınan Fazlurrahman İran rejimi tərəfindən xalqı inqilaba qarşı qaldırmaq və anarxist hərəkətlərə yol verməsi ilə günahlandırılır.

Fazlurrahmanın həbsinə etiraz edən sünnilər sosial şəbəkələrdə təşkilatlanaraq Sərbaz şəhərinin müxtəlif yerlərində aksiyalar keçiriblər. Etirazçılar sünni alimin dərhal azad edilməsini tələb ediblər.faktor.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru