310 manat cərimələnən Təcili Yardım sürücüsü danışdı: - “Rəhbərlik məni yanına çağırıb dedi ki...”

6-04-2017, 16:35           
310 manat cərimələnən Təcili Yardım sürücüsü danışdı: - “Rəhbərlik məni yanına çağırıb dedi ki...”
“Yol Polisi tərəfindən adıma yazılan 310 manat çəriməni mən ödəməyəcəm.”

Bunu AzNews.az-a açıqlamasında Bakıya Təcili Tibbi Yardımla ağır xəstə gətirərkən cərimələnən sürücü Rüfət Hüseynov deyib. Onun sözlərinə görə, bu günə kimi Ağdaş Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi həmin məbləği ona ödətdirmək istəyib:

Hadisə fevralın 6-da Bakıya, 27-də isə Gəncəyə xəstə apararkən baş verib. Mənə 310 manat çərimə gəlib. Dünənə kimi rəhbərlik bu məbləği mənə ödətdirmək istəyirdi. Axı mən nə alıram ki, onu da cərimə ödəyəm?! Hazırda isə xəstəxana rəhbərliyi bu işlə məşğuldur. Bir az əvvəl məni yanına çağırdı. Dedi ki, o pulu daha sən ödəməyəcəksən. O, Dövlət Yol Polisinə məktub ünvanlayıb.

Rüfət Hüseynov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova məktub göndərdiyini vurğulayıb:

Cavab gəlib ki, əgər sürücü qanuni şəkildə xəstə aparıbsa və bunu qurum təsdiq edirsə, cərimə silinməlidir. Təcili Tibbi Yardım qanunsuz və icazəsiz, üstəlik də xəstə olmadan hara gedir ki?!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.