Yanacaqdoldurma məntəqəsinə basqın - Cəlilabadda

7-04-2017, 13:42           
Yanacaqdoldurma məntəqəsinə basqın - Cəlilabadda
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Report-un məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru