“Axşamdan gəliblər, işlərini görüblər” - Bağ evindən 12 min manatlıq oğurluq
7-04-2017, 15:55
Mart ayının 12-dən 13-nə keçən gecə Bakı şəhər sakini 75 yaşlı Sarvan Allahverdiyevin Binəqədi rayonu Goradil qəsəbəsi 432a ünvanındakı bağ evində oğurluq hadisəsi qeydə alınıb.
ARB TV xəbər verir ki, naməlum şəxs və ya şəxslər evdən məişət əşyaları , həmçinin kişi və qadın paltarları oğurlayıblar.
Nəticədə Sarvan Allahverdiyevə təxminən 12 min manata yaxın maddi ziyan dəyib.
Sarvan Allahverdiyev – Zərərçəkən şəxs: “Onlar bilirdilər ki, mənim qarovulçum neçədə gedir, neçədə gəlir. Axşamdan gəliblər, işlərini görüblər. Uzun sex arabası aparıblar. Xalça yuyan maşın aparıblar, kondisionerin çöl hissəsini, paltaryuyan maşın, tozsoran, elektrik çaynikləri, videokamera aparıblar, bir sözlə 10-12 min manatlıq ziyan vurublar”.
Hadisə yerinə sahə müvəkkili və Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları baxış keçirib, zəruri istintaq dəlilləri toplayıblar.
Faktla bağlı Binəqədi rayon baş polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Qeyd edək ki, adıçəkilən ərazidə bu ilk hadisə deyil. [media=https://www.youtube.com/watch?v=AG9ntx3Cv5I]