30 minə rus tankı aldı, içindən elə xəzinə çıxdı ki...

10-04-2017, 09:04           

Böyük Britaniyadan olan kolleksioner aldığı köhnə tankın yanacaq çənindən qızıl tapıb.

Axar.az xəbər verir ki, “San” nəşri kolleksioner Nik Midin eBay vasitəsilə 30 min funt-sterlinqə köhnə T-54 tankı aldığını və özünün 150 adda hərbi kolleksiyasını bununla zənginləşdirdiyini yazıb. Ancaq zənginləşmə təkcə kolleksiya nümunəsi ilə məhdudlaşmayıb.

Nik Mid T-54-ü aldıqdan sonra döyüş sursatı qalıb-qalmadığını aydınlaşdırmaq üçün mexaniklə birgə onu əməlli-başlı yoxlayıb. Bu zaman isə T-54-ün yanacaq çənindən 5 ədəd qızıl külçə çıxıb. Qızıl külçələrin 2 milyon funt-sterlinq dəyərində olduğu açıqlanıb.

Midin qənaətinə görə, qızılları tanka İraq əsgərləri yerləşdirib. Belə ki, tank İraq ordusuna məxsus olub, 1991-ci il savaşında isə ingilis hərbçiləri tərəfindən ələ keçirilib və Böyük Britaniyaya gətirilib.

Mid qızıl külçələri polisə təhvil verib. Xəzinənin Londona aparılacağı gözlənilir.

Mid isə bundan narazı deyil. O bildirib ki, qızılları qaytarmasalar da, tank onda qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru