Kanadada qar uçqunu nəticəsində ölən turistlərin sayı artıb - YENİLƏNİB

10-04-2017, 09:13           

Kanadanın Britaniya Kolumbiyası əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi

Xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5-ci turistin meyiti aşkarlanıb.

Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.

***

04:21

Kanadanın Vankuver şəhəri yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 4 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 turistin Harvi dağına yollandığı, baş verən qar uçqunu nəticəsində 5 nəfərin itkin düşdüyü bildirilirdi.

Məlumata əsasən, ölənlərin vətəndaşlığı tanınma prosedurundan sonra açıqlanacaq. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

***

20:28

Kanadanın qərbində baş vermiş qar uçqunu nəticəsində 5 nəfər itkin düşüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, aprelin 8-də 6 turist Harvi dağına yollanıb. Bundan sonra baş verən qar uçqunu nəticəsində onların 5-i itkin düşüb.

Hadisə yerinə xilasedicilər və iki helikopter göndərilib. İtkin düşən turistlərin vətəndaşlığı barədə hələ ki, məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru