İsgəndər Məcid oğlu Həmidovun 69 yaşı tamam oldu

10-04-2017, 10:40           
İsgəndər Məcid oğlu Həmidovun 69 yaşı tamam oldu
Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Daxili İşlər naziri. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olan İsgəndər Həmidovun 69 yaşı tamam olub!
İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə aprelin 10-da Kəlbəcər rayonunda anadan olub.
1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.
1995-ci ildə AR Ədliyyə Nazirliyi tərəfindən ləğv edilən Azərbaycan "Boz Qurd" partiyasının sədri olub.
1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
teref.az kollektivi və Nurəddin Xoca adından İsgəndər bəyi təbrik edir və ona can sağlığı arzu edirik!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru