Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

10-04-2017, 13:53           
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub
Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 6-da Cəlilabad rayonunun Alar kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs orada işləyən 2 rayon sakinini hədələyərək pul vermələrini tələb edib, onlar qaçdığından oradakı əşyaları sındırıb, seyfi açmağa cəhd göstərib və istəyinə nail ola bilmədiyindən hadisə yerindən gedib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alar kənd sakini, əvvəllər məhkum olunmuş Əliməmməd Hüseynov tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru