Trampın layneri az qala hərbi uçaqla toqquşacaqmış! - KİV

11-04-2017, 09:01           
Trampın layneri az qala hərbi uçaqla toqquşacaqmış! - KİV
Amerika Bişləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təyyarəsi az qala hərbi təyyarə ilə toqquşacaqmış.

«Amerikanın səsi» radiosunun məlumatına görə, ABŞ Prezidenti Floridadan Vaşinqtona qayıdarkən, ABŞ hərbi-hava qüvvələrinə (HHQ) məxsus bir təyyarə onun uçduğu laynerə təhlükəli məsafəyə qədər yaxınlaşıb.

Prezident layneri HHQ-nin Merilenddəki «Endryüs» bazasına enməyə hazırlaşan zaman S-17 Globemaster hərbi-nəqliyyat təyyarəsi havada peyda olub. Yaxınlaşma anında iki təyyarə arasında məsafə təxminən, 300 metr təşkil edib.
Xəbərdə qeyd olunur ki, Prezident təyyarəsinin ekipajı kursu operativ olaraq dəyişib və hər-hansı təhlükədən yayınmaq mümkün olub.

«The Hill» nəşri isə yazır ki, Prezident təyyarəsinin kursunu dəyişməyə ehtiyac olmayıb: «1 nömrəli göyərtənin ekipajı heç bir yayınma cəhdi göstərməyib, çünki hər-hansı təhlükə əlaməti olmayıb».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru