Gəncədə CİNAYƏT: Taksi sürücüsü ilə intim əlaqədə oldu, sonra öldürdü
11-04-2017, 09:28
Qəsdən adam öldürməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Sənan Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sənan Muradov qətlə yetirdiyi Tovuz rayon sakini Aydın Pirverdiyevlə (ad və soyad şərti verilib - red.) təxminən hadisədən bir il əvvəl tanış olub.
Məlumat üçün bildirək ki, Aydın Pirverdiyev sərnişindaşıma fəaliyyəti ilə məşğul olub. O, Aydın Pirverdiyevlə əvvəllər dəfələrlə aldığı pul müqabilində könüllü seksual xarakterli münasibətdə olub.
İşləmək üçün kəndə gələn gənc
İstintaq sənədlərinə görə, Sənan Muradov işləmək üçün qətl hadisəsindən 10 gün əvvəl anası ilə birgə Tovuz rayonuna, xalasının əri Vidadi Əliyevin evinə gəlib.
O, Vidadi Əliyevə məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən istixanada bir müddət işləyib. Lakin Vidadi Əliyevin onun şəxsi ehtiyaclarının ödənilməsi üçün yaxın vaxtlarda pul vermək istəyinin olmadığını görüb. Buna görə də o, Gəncə şəhərində yerləşən daimi yaşadığı evinə qayıtmaq qərarına gəlib.
Pul alacağına əmin olub
Sənan Muradov 13 mart 2016-cı il tarixdə, saat 22 radələrində müvəqqəti yaşadığı həmin evdən çıxıb və Gəncə şəhərindəki evinə getməkdən ötrü yola çıxıb.
Sənan Muradov yola çıxarkən taksi sürücüsü Aydın Pirverdiyevdən pul alacağına əmin olub. Buna görə də onun mobil telefonuna zəng edib və onunla əlaqə saxlayıb.
Onlar həmin vaxt Əyyublu kəndində görüşüblər. Sənan Muradov Aydın Pirverdiyevin idarə etdiyi “Mercedes-Benz 208DKA” markalı “Mikroavtobus”a minib.
Onlar həmin yolun 436-cı kilometrliyinin bərabərliyində yerləşən Tovuz rayonunun Aşağı Quşçu kəndinin dəmiryolu keçidinə gedən torpaq örtüklü yola gəliblər.
Orada yolun kənarında Sənan Muradov Aydın Pirverdiyevlə könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra Aydın Pirverdiyevə qarşı seksual xarakterli hərəkətlər edib.
İntim münasibət, dava və qətl
Bundan sonra Aydın Pirverdiyev ona qarşı seksual xarakterli hərəkətləri yenidən etməsini tələb edib. Amma Sənan Muradov onun bu tələbini yerinə yetirməkdən imtina edib.
Buna görə də onların arasında mübahisə yaranıb və Sənan Muradov Aydın Pirverdiyevi sillə ilə vurub. Sonra Aydın Pirverdiyevi öldürmək qərarına gəlib.
Bu məqsədlə Sənan Muradov özündə olan bıçaqla Aydın Pirverdiyevin ürək nahiyyəsindən vurub. Aydın Pirverdiyev aldığı xəsarətdən ölüb.
Avtomobili oğurlamaq istəyib?
Sənan Muradov Tovuz rayonunun Əyyublu kəndində müvəqqəti yaşadığı evinə getmək məqsədi ilə zərərçəkmişə məxsus avtomobilə minib. O, avtomobillə hadisə yerindən uzaqlaşaraq 2,1 kilometr məsafə qət edib.
Qovlar şəhəri dəmir yolu keçidinin qarşısında avtomobilin mühərrikində nasazlıq yaranıb. Bu səbəbdən avtomobildən düşüb və oradan uzaqlaşıb.
Sənan Muradov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələri ilə ittiham edilib.
14 il cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Muradov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sənan Muradovun apelyasiya şikayəti təmin edilməyib.