Körpələr evində yanğın – 18 uşaq xilas edildi

14-04-2017, 23:31           

Bakıda körpələr evində yanğın baş verib. teref.az FHN-ə istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru