İdmançı avtomobil ilə 3 yaşlı qızını vurdu

15-04-2017, 20:52           

Amerikanın Arizona ştatında dəhşətli faciə baş verib.
"Ölkə.Az" xəbər verir ki, ABŞ-ın Milli Futbol Liqasının futbolçusu Todd Hep 3 yaşlı qızını avtomobil ilə vurub.

Bildirilir ki, Hep ehtiyatsızlıqdan qızını maşınla vurub. İdmançı avtomobili ilə evinin yaxınlığındakı ərazidən keçərkən bu faciə baş verib. Uşaq təcili surətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyaını xilas edə bilməyiblər.

İdmançının davranışlarında şübhəli heç nə qeydə alınmayıb. Amma istintaq davam edir.

Qeyd edək ki, 2012-ci ildə peşəkar karyerasını başa vuran Tedd "Baltimor Reyvens" və "Arizona Kardinals" klublarının şərəfini qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru