Azərbaycan məktəbliləri "InfoMatrix" beynəlxalq müsabiqəsindən qızıl medalla qayıdıblar

18-04-2017, 09:08           
Azərbaycan məktəbliləri "InfoMatrix" beynəlxalq müsabiqəsindən qızıl medalla qayıdıblar
Qazaxıstanın Almatı şəhərində keçirilən 15-ci "International Computer Project Olympiada-2017" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar.
"Report" xəbər verir ki, 12 ölkədən 300-dən çox şagirdin qatıldığı yarışda Azərbaycanı 18 nəfərdən ibarət 9 komanda təmsil edib.
Doqquz və 11-ci sinif şagirdlərindən ibarət komandalar Qazaxıstan, Rusiya, Ermənistan və digər ölkələrdən olan rəqiblərlə mübarizə aparıblar. "Legosumo" və "Minisumo" robotlarını hazırlayan Ömər Qurbanlı, Rəsul Salamov, Ərturan İbrahimli və Nurhan Mustafazadə yarışın qızıl medallarına layiq görülüblər. Onlar öz hazırladıqları robotları xüsusi proqramla idarə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru