Azərbaycan paytaxtının müxtəlif rayonlarında son sutkada 4 intihar hadisəsi qeydə alınıb.
teref.az xəbər verir ki, Xətai rayonu, Zığ yolu, ev 40, mənzil 83-də yaşayan 40 yaşlı Emil Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib. 3 uşaq atasının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Bakıda 4 kişi intihar edib Sabunçu rayonu, Maştağa qəsəbə Vyaçeslav Deremov özünü yaşadığı evdə asaraq intihar edib.
Xəzər rayonu, Şüvəlan qəsəbəsində 42 yaşlı Zaur Hacıyev yaşadığı evdə özünü asıb.
Xəzər rayonu, Mərdəkan qəsəbəsində 49 yaşlı Kamal Babayev avtomobilin təhlükəsizlik kəmərindən istifadə edərək özünü asıb.