Araz Əlizadə “avara” ifadəsi ilə bağlı açıqlama verdi - Jurnalistin boynuna yıxdı
18-04-2017, 17:30
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin sosial şəbəkələrdən istifadə edənləri avara adlandırması ilə bağlı fikri səsləndirdiyi fikirlərlə bağlı müzakirələr davam edir
Bununla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbyev də reaksiya verib. O, deputatın fikirlərinin Komissiyada müzakirə ediləciyini bildirib.
“Qafqazinfo” yaranmış situasiya ilə bağlı millət vəkilinin mövqeyini öyrənib. A. Əlizadə bildirib ki, o, müsahibəsində facebookdan istifadə edənləri avara adlandırmayıb: “Mən sosial şəbəkələrdən istifadə edib adamları təhqir edənləri, söyənləri avara adlandırmışam. İndi jurnalist özü necə istəyib elə yazıb və başlığa da çıxarıblar. İntizam Komissiyasında isə məsələnin müzakirə ediləcəyi ilə bağlı isə mənə məlumat verilməyib”.