Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILIB

20-04-2017, 16:15           
Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILIB
Ötən gecə Bakı Metropoliteninin "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, saat 22:45 radələrində sərxoş vəziyyətdə relslərin üzərinə yıxılan və koma halında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib. Baş nahiyəsindən ağır zədə alan 32 yaşlı F.İmanov həkimlərin səyi nəticəsində komadan ayılıb. Lakin onu dindirmək hələlik mümkün deyil.

Artıq polis hadisə ilə bağlı videogörüntüləri araşdırıb. Buradan məlum olub ki, F.İmanov ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb.

*****

10:54

Dünən axşam saatlarında Bakı metrosunda sərnişin qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, hadisə “Nizami” stansiyasında baş verib: “Hadisənin kamera görüntülərindən bəlli olur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olub”.

Olayın diqqətsizlik nəticəsində yaşandığını deyən qurum rəsmisi əlavə edib ki, sərnişinin üzərində heç bir sənəd olmadığı üçün kimliyi hələ dəqiq bilinmir: “Sərnişin həmin vaxt tək imiş. Təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən ayağı sürüşüb yıxılıb, xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”.
Metro polisindən aldığımız məlumata görə isə, zərərçəkmiş alkoqol qəbul edibmiş.

1 saylı Kliniki Tibbi Mərkəzdən ( Semaşko) isə Lent.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir.
O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lazımi bütün yardımlar edilib. Vəziyyəti ağır olaraq qalır.
Xəstəxanadan o da əlavə edildi ki, hələki xəstənin yalnız adının Fərid olduğu müəyyən edilib. Onun barəsində əlavə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.