Bakıda iPhone, telefon ustasının əlində partladı – Şok video görüntülər

20-04-2017, 16:16           
Bakıda iPhone, telefon ustasının əlində partladı – Şok video görüntülər
Bu gün səhər saatlarında Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birində ağılasığmaz hadisə baş verib.
Sosial şəbəkələrdə iPhone telefonlarının partlaması ilə bağlı dəfələrlə foto və videoların şahidi olmuşuq.
Amma bu gün sizə təqdim etdiyimiz hadisə isə hər hansı başqa ölkədə yox, Bakının Xətai rayonunda Həzi Aslanov metrosunun yaxınlığındakı telefon mağazasında baş verib.
Bu gün Avropa.info-nun əldə etdiyi videoda telefon ustasının telefonun üzərində işlədiyi əks olunur. Daha sonra iPhone telefonunda qəfildən partlayış baş verir.
Partlayış zamanı telefon tam yararsız vəziyyətə düşsə də xoşbəxtlikdən telefon ustası hadisədən xətasız xilas olub.
Mağazanın müşahidə kameralarının qeydə aldığı həmin videonu sizə təqdim edir iPhone həvəskarlarına isə bir daha düşünməyi tövsiyə edirik.
[media=https://www.youtube.com/watch?v=B0ykqy25abU]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.